...

Biləsuvarda xuliqanlığa görə saxlanılan şəxsin evindən odlu silah çıxdı

Hadisə Materials 9 Yanvar 2021 13:20 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Biləsuvar rayonunda xuliqanlıqla saxlanan şəxsin evindən silah aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xuliqanlıq etdiyinə görə tutulmuş Sumqayıt şəhər sakini A.Vəlizadənin ətrafında aparılan tədbirlərlə onun yaşadığı evdə silah gizlətdiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə evə baxış zamanı oradan “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti