...

Bakıda itkin düşən 16 yaşlı oğlan tapıldı (FOTO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 9 Fevral 2021 11:36 (UTC +04:00)
Bakıda itkin düşən 16 yaşlı oğlan tapıldı (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Bakıda itkin düşən 16 yaşlı oğlan tapıldı.

DiN mətbuat xidmətindən verilən məlumata görə, itkin düşən azyaşlı tapılaraq ailəsinə təhvil verilib.

XXX

09:53

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan 2005-ci il təvəllüdlü Elcan Dəmirov 2021-ci ilin fevralın 8-də diş həkiminə getmək adı ilə evdən çıxaraq geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onun evdən çıxarkən əynində tünd qırmızı rəngli gödəkçə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub. Boyu təxminən 160-165 sm., sol qolunun aşağı hissəsində xüsusi əlamət sayılan 4-5 sm-lik kəsilmiş yara-çapıq izi var.

Şəkildə gördüyünüz yeniyetməni görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 410-00-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti