...

İmişlidə qoyun oğrusu saxlanılıb

Hadisə Materials 15 Fevral 2021 10:42 (UTC +04:00)
İmişlidə qoyun oğrusu saxlanılıb

Bakı. Samir Əli - Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmkəndlilərinə məxsus xirdabuynuzlu heyvanları oğurlayan şəxs müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, bir qrup İmişli rayon sakini RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Mayis Kərimov saxlanılıb.

Araşdırmalarla onun 8 baş qoyun oğurlamaqla həmkəndlilərinə 1000 manata yaxın ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti