...

Yevlax sakini odlu silahla yaxalandı

Hadisə Materials 10 Mart 2021 09:47 (UTC +04:00)
Yevlax sakini odlu silahla yaxalandı

Bakı. Samir Əli - Trend:

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Bayram Qurbanov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Naqan” sistemli revolver tapança və həmin silaha aid 6 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti