...

Saatlıda birmərtəbəli ev yanıb, xəsarət alan var

Hadisə Materials 29 Mart 2021 08:49 (UTC +04:00)
Saatlıda birmərtəbəli ev yanıb, xəsarət alan var

Bakı. Trend:

Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 130 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti