...

Beyləqanda polis əməkdaşları şadlıq saraylarına reydlər keçirib (FOTO)

Hadisə Materials 26 İyul 2021 12:07 (UTC +04:00)

Bakı. Trend:

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib. Həmçinin şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların “COVID-19” pasportları yoxlanılıb. Qonaqlar arasında peyvənd olunmayan şəxslər isə məclislərə buraxılmayıb.

Şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyini çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti