...

Göyçayda toy sahibləri inzibati məsuliyyətə cəlb edilib (FOTO)

Hadisə Materials 28 İyul 2021 12:36 (UTC +04:00)

Bakı. Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə fərdi evlərdən təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması hallarına rast gəlinib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Ləkiçıplaq kənd sakinləri Bəylər Həmidov və Altay Qasımov, Cəyirli kənd sakini Zahir Həsrətov, eləcə də Ulaşlı Şıxlı kənd sakini Zaur İsmayılova məxsus fərdi yaşayış evlərində keçirilən toy mərasimlərində iştirak edən qonaqların 50 nəfərdən artıq olduğu müəyyən edilib.

Həmin toy sahibləri inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti