...

Biləsuvarda iki yük avtomobili toqquşub, ölən var

Hadisə Materials 2 Avqust 2021 01:28 (UTC +04:00)
Biləsuvarda iki yük avtomobili toqquşub, ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Biləsuvar rayonunda “BMC” və “KamAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti