...

Biləsuvarda daha bir yol qəzası baş verib, xəsarət alan var

Hadisə Materials 2 Avqust 2021 04:50 (UTC +04:00)
Biləsuvarda daha bir yol qəzası baş verib, xəsarət alan var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Biləsuvar rayonunda “QAZel” markalı yük avtomobili və “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti