...

Milli Parkda qanunsuz balıq ovlamaq istəyən saxlanılıb

Hadisə Materials 16 Avqust 2021 17:04 (UTC +04:00)
Milli Parkda qanunsuz balıq ovlamaq istəyən saxlanılıb

Bakı. Samir Əli - Trend:

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

Bunu Trend-ə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

O qeyd edib ki, araşdırma zamanı brakonyerin Masallı rayonu, Köçəkli kənd sakini Cəmil Mehrəliyev olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti