...

Biləsuvarda evdə yanğın olub

Hadisə Materials 1 Oktyabr 2021 21:26 (UTC +04:00)
Biləsuvarda evdə yanğın olub

Bakı. Trend:

Biləsuvar rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Yuxarı Cürəli kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evin (divarları kərpic, tavanı qamışdan ibarət) yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti