...

Biləsuvarda yük avtomobili yanıb

Hadisə Materials 11 Oktyabr 2021 21:56 (UTC +04:00)
Biləsuvarda yük avtomobili yanıb

Bakı. Trend:

Biləsuvar rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayon ərazisində “HOWO” markalı yük avtomobilinin qoşqusunun 2 ədəd təkəri, banına çəkilən örtüyün bir hissəsi və banına yığılan 360 ədəd sobanın 60 ədədi yanıb. Qoşqunun qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti