...

Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub

Hadisə Materials 22 Oktyabr 2021 18:40 (UTC +04:00)
Suraxanıda narkotiklə bağlı 48 nəfər tutulub

Bakı. Samir Əli - Trend:

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam edir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, keçirilən əməliyyat zamanı son 10 gündə 48 nəfər tutularaq istintaqa cəlb edilib: "Keçirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri kampaniya xarakteri daşımır. Bu istiqamətdə bütün ölkə miqayasında daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti