...

Yeni Yasamalda yaşayış binasında baş verən yanğın söndürülüb

Hadisə Materials 30 Oktyabr 2021 07:47 (UTC +04:00)
Yeni Yasamalda yaşayış binasında baş verən yanğın söndürülüb

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində (Talıblı küçəsi) çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən Trend-ə verilən ilkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Mənzillər yanğından mühafizə olunub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 30 nəfər bina sakini (onlardan 8-i uşaqdır) təhlükəsiz əraziyə təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti