Bakı. Trend:
Masallı rayonunun Banbaşı kəndində ümumi sahəsi 320 m² olan (hər mərtəbəsi 160 m²) ikimərtəbəli evin ikinci mərtəbəsində hamam otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.