...

Naftalanda 34 yaşlı şəxs itkin düşüb - FOTO

Hadisə Materials 24 Noyabr 2021 13:37 (UTC +04:00)
Naftalanda 34 yaşlı şəxs itkin düşüb - FOTO

Bakı. Trend:

Naftalanda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Naftalan şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Musayev cari ilin noyabr ayının 21-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

T. Musayevin əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi qara.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15 şəhər və (050) 664-94-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti