...

Restoran icarədarı 4000 manat cərimələndi

Hadisə Materials 13 Dekabr 2021 12:36 (UTC +04:00)
Restoran icarədarı 4000 manat cərimələndi

Bakı. Fərid Zöhrabov -Trend:

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən restoran aşkarlanıb və icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı, restoranın icarədarı olan rayon sakini Elşad Abdullayevin obyektə vaksinsiz müştəri buraxdığı müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti