...

Tərtərdə ikimərtəbəli ev yanıb

Hadisə Materials 18 Fevral 2022 18:07 (UTC +04:00)
Tərtərdə ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Tərtər rayonunun Ağkənd kəndində ümumi sahəsi 160 m² olan (hər mərtəbəsi 80 m²) ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Məqalədə:
Xəbər lenti

Xəbər lenti