...

Bakıda tanışını bıçaqlayan şəxsə hökm oxundu

Hadisə Materials 24 Fevral 2022 14:44 (UTC +04:00)
Bakıda tanışını bıçaqlayan şəxsə hökm oxundu

Bakı. Samir Əli -Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ruslan Nuriyevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı R.Nuriyevə 7 il iş istəmişdi.

Xatırladaq ki, hadisə 2021-ci ilin iyulunda Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, R.Nuriyev aralarında yaranan mübahisə zamanı tanışı Amin Mirzəyevi bıçaqlayıb.

Daha sonra R.Nuriyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.1-ci ( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti