...

Hacıqabulda silsilə oğurluq edən qohumlar saxlanılıb (FOTO)

Hadisə Materials 10 Mart 2022 13:07 (UTC +04:00)
Hacıqabulda silsilə oğurluq edən qohumlar saxlanılıb (FOTO)

Bakı. Trend:

Hacıqabulda silsilə oğurluq edən qohumlar saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən 4 fərdi təsərrüfatdan xırda buynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vuran 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb. Araşdırmalarla onların Bərdə rayon sakinləri Etibar Vəliyev, onun qardaşı oğlu Təhmasib Vəliyev, bacısı oğlu Hüseyn Quliyev və sürücü olan həmyerlisi Elşad Əliyev olduqları müəyyən edilib.

Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların daha iki rayon ərazisində - Kürdəmir və Bərdə rayonlarında ümumilikdə 4 təsərrüfatdan iri və xırda buynuzlu heyvanları ourlayaraq dəyərindən ucuz qiymətə satdıqları və zərəçəkmişlərə maddi ziyan vurduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluqları etiraf ediblər.

Faktlarla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti