Bakı. Trend:
2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən başlanmış 273 cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
"Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Bu günün rəqəmi isə 273-dür.
Belə ki, 2022-ci ilin yanvar-mart ayları ərzində prokurorluq orqanları tərəfindən başlanmış 273 cinayət işinin istintaqı tamamlanıb. Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur", - məlumatda deyilir.