...

ABŞ-da şənlik zamanı atışma baş verib, ölən və yaralılar var

Hadisə Materials 25 Aprel 2022 23:54 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın İndiana ştatının Lafayet şəhərində şənlik zamanı atışma nəticəsində azı iki nəfər həlak olub, dörd nəfər yaralanıb.

Trend "CNN" agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis departamenti məlumat yayıb.

Qeyd olunur ki, şənlikdə 100-dən artıq insan iştirak edib. Qəflətən atəş səsləri eşidilib.

Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları çoxsaylı gilizlər aşkar edib. Bundan əlavə ətrafda park olunmuş avtomobillərə, yaxınlıqda yerləşən evlərin üzərində də güllə izləri aşkar edilib.

Polisin məlumatına görə, öldürülənlər 29 və 34 yaşlı yerli sakinləridir.

Hadisənin kim tərəfindən törədilməsi və səbəbləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti