...

Bakıda 19 yaşlı gənc həmyaşıdını qətlə yetirdi

Hadisə Materials 10 İyun 2022 09:07 (UTC +04:00)
Bakıda 19 yaşlı gənc həmyaşıdını qətlə yetirdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan birgə məlumatda bildirilir ki, iyunun 09-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İlham Xanlarov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti