...

“Vaz 2107” ilə qoyun oğurlayan Lənkəran sakinləri saxlanılıb (FOTO)

Hadisə Materials 17 İyun 2022 09:49 (UTC +04:00)
“Vaz 2107” ilə qoyun oğurlayan Lənkəran sakinləri saxlanılıb (FOTO)

Bakı. Trend:

“Vaz 2107” ilə qoyun oğurlayan Lənkəran sakinləri saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki ferma və otlaq sahələrindən qoyun oğurluqları etməkdə şübhəli bilinən Göyşaban kənd sakinləri Rövşən Rzayev və Emil Ağazadə saxlanılıblar. İlkin araşdırma zamanı məlum olub ki, E.Ağazadə və R.Rzayev ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 15 baş qoyunu oğurlayıb sonuncunun idarə etdiyi “Vaz 2107” markalı avtomobilə qoyaraq aparıblar.

Müxtəlif şəxslərə satdıqları həmin heyvanların bir qismi aşkarlanaraq sahiblərinə təhvil verilib. Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı R.Rzayevin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti