Bakı. Trend:
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 4 evdən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Alıyev müəyyən edilərək saxlanılıb.
DİN-in Mətbuat Xidmətinindən Trend-ə verilən məlumata görə, araşdırma aparılır.