Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Asim Nəcəfovun işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatlna görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror A. Nəcəfovun 19 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası iyulun 14-nə təyin edilib.
Qeyd edək ki hadisə bu ilin aprelində Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, A.Nəcəfov tanışı 32 yaşlı Şahmar Balayevi şəxsi münasibətlər zəmnində bıçaqlayaraq qətlə yetirib.
A.Nəcəfova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi illə ittiham irəli sürülüb.