...

Türkiyədə avtobus aşıb

Hadisə Materials 26 Avqust 2022 01:28 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin cənubundakı Pamukkale vilayətində Antalyadan İstanbula gedən şəhərlərarası avtobus aşıb.

Trend xəbər verir ki, ilkin məlumatlara görə, 28 nəfər xəsarət alıb.

Avtobus sürücüsü idarəetməni itirib.

Qəza yerinə təcili yardım maşınları gəlib, sərnişinlərdən bəziləri xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti