...

Bakıda “kirayə ev” adı altında tələbələri aldadan şəxs saxlanılıb (VİDEO)

Hadisə Materials 27 Sentyabr 2022 21:03 (UTC +04:00)
Bakıda “kirayə ev” adı altında tələbələri aldadan şəxs saxlanılıb (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “kirayə ev” adı altında vətəndaşları, əsasən də tələbələri aldadan şəxs saxlanılıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən bildirilib.

Daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan 1993-cü il təvəllüdlü Bayram Məmmədov məsuliyyətə cəlb edilib. O ilkin ifadəsində hər gün 3 şəxsə, əsasən tələbələrə qarşı dələduzluq etdiyini etiraf edib.

Araşdırmalar davam etdirilir.

"Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər", - DİN-dən daxil olan məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti