Bakı. Trend:
Oğuz rayonunun Yenikənd kəndində ümumi sahəsi 128 m² olan tövlənin yanar konstruksiyaları 120 m² sahədə və çardağına yığılan 14 ton ot bağlaması yanıb.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.