Bakı. Trend:
Səbail rayon Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Sərdar Babayevin barəsində olan həbs qəti imkan tədbiri müddətinin artırılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Trend-in məlumatına görə, prosesdə təqdimat təmin olunub və S.Babayev barəsində olan həbs qətimkan tədbirinin müddəti 6 ay uzadılıb.
Xatırladaq ki, Sərdar Babayev dövlətə xəyanətdə təqsirləndirilərək həbs edilib. O, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirərək Azərbaycan əleyhinə fəaliyyətdə ittiham olunub.