...

Kürdəmirdə müğənni toyda döyülüb

Hadisə Materials 14 Oktyabr 2022 10:53 (UTC +04:00)
Kürdəmirdə müğənni toyda döyülüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Kürdəmirdə müğənni toyda döyülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti