...

Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb

Hadisə Materials 31 Oktyabr 2022 10:54 (UTC +04:00)
Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Nərimanov Rayon Polis İdarəsində oktyabrın 27-də rayon ərazisindəki orta məktəblərin birində məktəbliyə qarşı əxlaqsız hərəkətlər edilməsi barədə daxil olan məlumatla əlaqədar Cinayət Məcəlləsinin 153-cü maddəsi (Əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə və quldurluq əməllərinə görə məhkum olunmuş Tərtər rayon sakini Sahil Həsənov müəyyən olunaraq saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti