...

Xudatda iki avtomobil yandı

Hadisə Materials 18 Noyabr 2022 09:51 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunun Xudat şəhərində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin (1-ci mərtəbəsi avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin tavanı 36 m² sahədə və içərisində təmirə dayanan “BMW” markalı minik avtomobilinin salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan “Mercedes” markalı minik avtomobilinin buferi əriyib.

Obyektin və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti