Bakı. Trend:
Biləsuvar rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Əliabad kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 20 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 18 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.