...

Bakıda maskalı şəxs küçədə vətəndaşa hücum etdi

Hadisə Materials 19 Yanvar 2023 10:03 (UTC +04:00)
Bakıda maskalı şəxs küçədə vətəndaşa hücum etdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda maskalı şəxs vətəndaşa hücum edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində maskalı şəxsin qəsəbə sakini olan bir nəfərin əlindən içərisində 1280 manat, 7900 ABŞ dolları və bank kartları olan sellofan torbanı quldurluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Vüqar Bağırov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti