...

53 yaşlı Qusar sakini itkin düşüb

Hadisə Materials 1 Fevral 2023 09:26 (UTC +04:00)
53 yaşlı Qusar sakini itkin düşüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İtkin düşən 53 yaşlı şəxs axtarılır .

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Qusar rayonu ərazisində yaşayan 53 yaşlı Feyruz Muradov 2022-ci il dekabrın 31-də yaşadığı ünvandan çıxıb Bakı şəhərinə işləmək adı ilə gedərək bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Qusar Rayon Polis Şöbəsinə (023) 385 22 22 şəhər və (070) 743 33 37 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti