...

“Şahdağ” Milli Parkında baş verən yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 22 Fevral 2023 18:13 (UTC +04:00)
“Şahdağ” Milli Parkında baş verən yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

"Şahdağ" Milli Parkının İsmayıllı bölməsinin yüksək dağlıq ərazisində bu gün axşam saatlarında baş verən yanğın Şahdağ Milli Parkının, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə qısa müddət ərzində söndürülüb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.

***

17:39

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu, Xanagah kəndi yaxınlığında “Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Ərazidə əsasən xəzəl, quru ot və kol-kos yanır. Hazırda havanın küləkli, relyefin isə mürəkkəbliyinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti