...

Həbsdə olan şirkət rəhbəri təcridxanada intihara cəhd edib

Hadisə Materials 3 Mart 2023 14:20 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı İstintaq Təcridxanasında intihara cəhd olub.

Trend-in məlumatına görə, intihara cəhd edən təqsirləndirilən şəxs Tural Alışanlı Bakı Ağır Cinayətlər Məhkəməsində barəsindəki cinayət işi üzrə məhkəmədə bildirib. T.Alışanlı məhkəmə prosesinə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.

Xatırladaq ki, T. Alışanlı Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün evlər tikən “TUA TT” MMC-nin rəhbəri olub. T.Alışanlı ev tikintisinə ayrılan vəsaitin 515 min manatını mənimsəməkdə təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti