...

Ağdamda tapılan insan sümüklərinin görüntüsü yayılıb (FOTO)

Hadisə Materials 7 Aprel 2023 16:47 (UTC +04:00)
Ağdamda tapılan insan sümüklərinin görüntüsü yayılıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad olunmuş Ağdam rayonunda aparılan qazıntı işləri zamanı tapılmış insan sümüklərinin görüntüsü yayılıb.

Trend həmin görüntüləri təqdim edir.

Xatırladaq ki, Ağdam rayon, Ergi düzü adlanan ərazidə qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, daha əvvəl də işğaldan azad edilmiş torpaqlarda kütləvi məzarlıqlar aşkarlanıb. Belkə ki, azad edilmiş ərazilərdə, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti