...

Biləsuvardakı dava ilə bağlı araşdırma aparılır - DİN

Hadisə Materials 14 Aprel 2023 15:33 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Biləsuvar rayonunda kafedə kütləvi dava olub.

Trend-in məlumatına görə, kafedə yeyib-içən iki qrup arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Trend-ə bildirib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır: "Müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti