...

Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkarlanıb (FOTO)

Hadisə Materials 15 Aprel 2023 14:46 (UTC +04:00)

Bakı. Trend:

Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə baxış keçirib. Baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti