...

Bakıda qadını xüsusi amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub

Hadisə Materials 20 Aprel 2023 12:38 (UTC +04:00)

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən Sahil Məmmədovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Leyla Əsgərova ən sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

İttihama görə, 1978-ci il təvəllüdlü Sahil Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanı qətlə yetirib.

S.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti