Bakı. Trend:
Şəmkir rayonunda 2000 manatlıq qızıl təsbeh oğurlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəmkir şəhəri ərazisindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.