...

Keçən il axtarışda olan 23 şəxsdən 9-u tutulub - Həzi Aslanov

Hadisə Materials 8 May 2023 10:33 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Keçən il axtarışda olan 23 təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 nəfərin axtarışı davam etdirilir. Axtarışda olan 14 nəfərdən artıq 11-nin digər xarici dövlətlərdə olduğu müəyyən edilib.

Trend xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deyib.

DİN rəsmisi qeyd edib ki, həmin şəxslərin Azərbaycana ekstradisiya edilməsi məsələsi ilə bağlı aidiyyəti qurumlara sənədlər təqdim edilib.

O vurğulayıb ki, keçən il məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 nəfərdən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə və bir nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, daha bir şəxsin cəzası – himayəsində olan uşağı 14 yaşa çatanadək təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti