...

Bakıda oteldə dava salıb, əşyaları dağıdan şəxslər saxlanılıb

Hadisə Materials 24 May 2023 12:48 (UTC +04:00)
Bakıda oteldə dava salıb, əşyaları dağıdan şəxslər saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən otellərində birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq zəminində paytaxt sakini 1979-cu il təvəllüdlü şəxsi döyməsi, oteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər.

Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, Nurlan Əliyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır.

Mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti