...

Nardaranda istirahət mərkəzində xuliqanlıq edənlər saxlanılıb

Hadisə Materials 13 İyun 2023 10:25 (UTC +04:00)
Nardaranda istirahət mərkəzində xuliqanlıq edənlər saxlanılıb

Bakı. Trend:

Paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsində istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti