...

İntensiv yağışlar Yevlax şəhərində bir sıra fəsadlara səbəb olub (FOTO/VİDEO)

Hadisə Materials 16 İyun 2023 11:27 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə əsən güclü külək, habelə intensiv yağışlar Yevlax şəhərində bir sıra fəsadlara səbəb olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Yevlax şəhərində yerləşən bəzi tikililərin dam örtüyünün qoparaq ətrafa dağılması, irigövdəli ağacın aşaraq hərəkətə mane olması və bir sıra yerlərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

.Dərhal əraziyə FHN-in Aran Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq xilasedicilər tərəfindən gecə saatlarında ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bununla yanaşı, hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti