...

Ceyranbatan qəsəbəsində neft kəmərində qəza olub (VİDEO)

Hadisə Materials 19 İyun 2023 00:39 (UTC +04:00)
Ceyranbatan qəsəbəsində neft kəmərində qəza olub (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində sızma baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisənin ilkin qiymətləndirilməsi zamanı Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verdiyi müəyyən olunub.

Hazırda neft sızması ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə növbə çəkir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti