Bakı. Trend:
Beyləqanda doğuş zamanı ana ölüb.
Trend-in yerli müxbiri xəbər verir ki, rayonun Bünyadlı kənd sakini 1989-cu il təvəllüdlü Məmmədova Məhsəti Yusif qızı Beyləqan rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə müraciət edib.
Oğlan uşağı dünyaya gətirən ananın doğuşdan sonra vəziyyəti ağırlaşıb.
Həkimlərin səyinə baxmayaraq ana həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.