...

Biləsuvarda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 15 Mart 2024 08:57 (UTC +04:00)
Biləsuvarda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Biləsuvarda hədə-qorxu ilə 10 min manat pul tələb edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Biləsuvar rayon sakini olan bir nəfər polisə müraciət edərək rayonun Ovçubərə kənd sakini İsmayıl İsmayılovun hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirib. Araşdırmalarla İ.İsmayılovun həmin şəxsdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 10 min manat tələb etdiyi, nəticədə onlayn və nağd olmaqla ümumilikdə 3000 manat pulunu ələ keçirdiyi müəyyən edilib. İ.İsmayılovun üzərindən zərərçəkmiş şəxsdən əldə etdiyi pul vəsaiti aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxsin digər analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti